II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir

27 Sentyabr -Anım günü ilə əlaqədar olaraq Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin müəllim və tələbələrinin iştrakı ilə II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir.

Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilən tədbirdə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmiş, daha sonra isə müəllim və tələbələrin çıxışı ilə davametmişdir. Tədbirdə Pedaqoji fakültənin məzun tələbələrindən olan, II Qarabaq müharibəsində iştrak etmiş Mobil Əhmədov da öz döyüş təəssüratlarını bölüşmüşdür.

Sonda isə fakültənin aktiv tələbələrinin hazırladığı “Biz unutmadıq” adlı videoçarx təqdim olunmuşdur.

Şəhidlərimizi dərin ehtiram və qürur hissi ilə anırıq!