Respublika ali təhsil müəssisələrinin tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında Universitetin “Musiqi fənləri” kafedrası nəzdində fəaliyyət göstərən tələbə musiqi kollektivləri böyük uğur qazanmışlar.
“Fəxri Fərman” və “Diplom”lar Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev tərəfindən imzalanmışdır.
“Xor kollektivləri” nominasiyası üzrə Universitet tələbələrinin birləşmiş xoru I yerə layiq görülmüş və bununla əlaqədar “Fəxri Fərman” Universitet Elmi Şurasının 07 iyul 2022-ci il tarixli iclasında kafedra müdiri professor Sevda Qurbanəliyevaya təqdim olunmuşdur.
Digər “Fəxri Fərman” və “Diplom”lar Pedaqoji fakültənin 08 iyul 2022-ci il tarixli Elmi Şurasında təqdim olunmuşdur:
“Vokal (müasir)” nominasiyası üzrə Pedaqoji fakültənin III kurs tələbəsi Rəhman Quliyev – I yer
“Vokal (müasir)” nominasiyası üzrə Pedaqoji fakültənin IV kurs tələbəsi Firuzə Dənişvar – III yer
“Ozan” folklor ansamblı, “Şur” vokal-instrumental ansamblı, “Gənclik” instrumental qrupu, Pedaqoji fakültənin II kurs tələbələri Gülnaz İbrahimova, Nərminə Xəlilova, III kurs tələbəsi Ofelya Nəsiri, “İqtisadiyyat və idarəetmə” fakültəsinin II kurs tələbəsi Elşad Aslanov fəal iştiraka görə diplomlarla təltif olunmuşlar.