Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını (29 dekabr 2021, 18:30) rəhbər tutaraq və kafedranın profilinə üyğun olaraq elmi-nəzəri seminar təşkil edilmişdir. Kafedra əməkdaşları tərəfindən tarixi faktlara əsaslanaraq İrəvan Müəllimlər Seminariyasının yaranması və fəaliyyəti dövrü tədqiqi baxımdan maraqlı məruzələr təqdim edilmişdir.
Kafedranın müdiri dos. A.İ.Quliyev “İrəvan Müəllimlər Seminariyasının Azərbaycan təhsilində tarixi rolu və əhəmiyyəti” , Pedaqogika üzrə fəlsəfə doktoru, b/m. Ə.T.Şərifova tərəfindən “Zaqafqaziya Müəllimlər Seminariyasının İrəvan müəllimlər seminariyası ilə orqanik əlaqəsi və Azərbaycan təhsil tarixi səlnaməsinin yazılmasında mühüm məqamları”, b/m. Ş.Ə.Əhmədova “İrəvan Müəllimlər Seminariyasının yarandığı dövrün tarixi-siyası və pedaqoji mühiti”, b/m. R. İsgəndərova “İrəvan Müəllimlər Seminariyası və onun yetişdirdiyi nəslin təhsil tariximizə verdiyi töhfələr”, dos. Z.V.Bayramova “İrəvan Müəllimlər Seminariyasının yaranmasının tarixi şərtləri və bu gün KİV də ermənilər tərəfindən anti – Azərbaycan təbliğatının təşkili məsələləri”, dos.(ates-sız) G.S.Kazımova “Azərbaycan müəllimlərinin hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu” mövzularda apardıqları qısa araşdırmaları təqdim etdilər və bununla da bir azərbaycanlı olaraq əcdadlarımız ruhu qarşısında ziyalı olaraq mənəvi borcumuzun bir qismini ödəmiş olduq. Təhsil tarixi səlnaməmizin ayrılmaz tərkibi olan İrəvan Müəllimlər Seminariyasının fəaliyyəti ilə fəxr etdik, həmin fəxarət doğuran keçmişi öz taleləri ilə yazan ziyalılarımızın ruhlarına etiram göstərərək, bizlərə yönəlmiş haqsızlıqlara bir daha etiraz səsimizi ucaltdıq.