Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsində “Musiqi fənləri” kafedrasının təşkilatçılığı ilə “FİKRƏT ƏMİROVUN MUSİQİ DÜNYASI” mövzusunda mühazirə-konsert keçirilmişdir

02.12.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsində “Musiqi fənləri” kafedrasının təşkilatçılığı ilə F.Əmirovun 100 illik yubileyinə həsr olunmuş “FİKRƏT ƏMİROVUN MUSİQİ DÜNYASI” mövzusunda mühazirə-konsert keçirilmişdir.

Gəncə Dövlət Universitetinin “Musiqi sənəti” ixtisası üzrə dissertantı Aynur Şixiyevanın mühazirəsi dinlənildikdən sonra musiqi əsərləri müəllimi və tələbələrin ifasında səsləndirildi.

Tədbirin sonunda Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru dos.Ş.Xurşudov çıxış edərək tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirmiş və iştrakçılara yeni-yeni uğurlar arzulamışdır.

Konsert proqramı:

 1. Fikrət Əmirov  “Azərbaycan elləri”. Sözləri Mirvarid Dilbazinindir. İfa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Gülnaz İbrahimova. Fortepianoda müşayiət edir: “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyeva.
 2. Fikrət Əmirov “Min bir gecə” baletindən “Orgiya”. Tarda ifa edir: “Musiqi fənləri” kafedrasının müəllimi Əli Əliyev. Fortepianoda müşayiət edir: “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyeva.
 3. Fikrət Əmirov “Sevil” operasından “Balaşın mahnısı”. İfa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Rəhman Quliyev. Fortepianoda müşayiət edir: “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Könül Əmrahova.
 4. Fikrət Əmirov “Ballada”. Skripkada ifa edir: “Musiqi fənləri” kafedrasının müəllimi Şahmar İbrahimov. Fortepianoda müşayiət edir: “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyeva.
 5. Fikrət Əmirov “Göygöl”. Sözləri Teymur Elçinindir. İfa edir: “Gəncəm” vokal qrupu. Konsertmeyster: “Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Bayramova.
 6. Fikrət Əmirov “Mən səni araram”. Tar üçün işləyəni Ramiz Quliyevdir. Tarda ifa edir: “Musiqi fənləri” kafedrasının müəllimi Əli Əliyev. Fortepianoda müşayiət edir: “Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Bayramova.
 7. Fikrət Əmirov “Sevil” operasından “Dilbərin mahnısı”. İfa edir: “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Ofelya Nəsiri.  Fortepianoda müşayiət edir: “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Mehriban Niyazi.
 8. Fikrət Əmirov “Reyhan”. Sözləri Tələt Əyyubovundur. İfa edir: “Şur” vokal-instrumental ansamblı. Solist: “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi  Rəhman Quliyev. Konsertmeysterlər: “Musiqi fənləri” kafedrasının müəllimləri Elxan Kərimov, Əli Əliyev.
 9. Fikrət Əmirov “Səhər” kinofilmindən “Aslanın mahnısı”. Sözləri Nəbi Xəzrinindir. Həmin ifada.
 10. Fikrət Əmirov “Odlar ölkəsi”. Sözləri Tofiq Mütəllibovundur. İfa edir: Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət xor kollektivi. Xormeyster və dirijor: “Musiqi fənləri” kafedrasının müəllimi Leyla Nəbiyeva. Konsertmeyster: “Musiqi fənləri” kafedrasının konsertmeysteri Feridə Məmmədova.