Category Archives: dərslər

“PSİXOLOGİYA” İXTİSASININ TƏLƏBƏLƏRİ GƏNCƏ SOS UŞAQ KƏNDİNDƏ PRAKTİK-SEMİNAR MƏŞĞƏLƏSİNDƏ

 Gəncə Dövlət Universiteti ilə SOS Uşaq Kəndi arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən praktik-seminar məşğələlər uğurla davam etdirilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələrinə əsasən I və III kurs tələbələri ali məktəbdə aldıqları nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətlərində tətbiq etmək məqsədilə mütəmadi olaraq Gəncə SOS Uşaq Kəndində praktik-seminar dərslər təşkil olunur. Növbəti “Psixi sağlamlıq” mövzusunda

Daha ətraflı

“Əsas musiqi aləti-3” fənnindən “Etüd və pyeslər üzərində iş” mövzusunda açıq dərs

16 noyabr 2022-ci il taixində “Musiqi fənləri” kfedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Əsas musiqi aləti-3” fənnindən “Etüd və pyeslər üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Zeynəb Mehdi qızı Kərimli ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Cərimə topunun alınması” mövzusunda açıq dərs keçirilmişdir

04.11.2022-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının b/m Amaliya Məmmədova “Məşqçilik” ixtisasının III2 kursunda Basketbol fənnindən “Cərimə topunun alınması” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə tədrisə nəzarət komissiyasının üzvü dos.Yahya Namazov , dekan müavini İlqar Haqverdiyev, İdman kafedrasının b/m Mətanət Rzayeva, b/m Ayət Rüstəmzadə, b/m İlham Ağayev, b/m Sədaqət Bəylərova, müəl. Elnarə Hüseynova, lab. Sevinc

Daha ətraflı

“İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

02 noyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Əli Sahib oğlu Əliyevin “Əsas musiqi aləti-1” fənnindən “İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Rafiq Ramil oğlu Hüseynov ilə fərdi məşğələ şəklində keçirdyi açıq dərsi dinlənilmişdir.

“Məktəb mahnı xor repertuarından əsərlər üzərində iş. Transpozisiya” mövzusunda açıq dərs dinlənilmişdir

25 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Ənvər qızı Bayramovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “Məktəb mahnı xor repertuarından əsərlər üzərində iş. Transpozisiya” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimiliyi” ixtisası üzrə III kurs tələbəsi Səbinə Asif qızı Yusifova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Adlı ədədlərin toplanması, çıxılması və adsız ədədə vurulmasına aid çalışmalar” mövzusunda açıq dərs keçirilmişdir

21.10.2022-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Samirə Nurməhəmmədli İbtidai sinif müəllimliyi ixtisasının II2 kursunda “Adlı ədədlərin toplanması, çıxılması və adsız ədədə vurulmasına aid çalışmalar” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə dekan müavini İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının dos. əv.G.Kazımova, b/m Ş.Binnətova, b/m Ə.Şərifova, müəl.Z.Ələkbərova, m. G.Aslanova

“Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərs keçirildi

20.10.2022-ci il tarixdə Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilovanın TSPX ixtisasının IV kursunda “Psixodiaqnostika və psikonsultasiya” fənnindən “Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, b/m A.Babayeva, b/m S.Şahverdiyev, b/m A.Bağırzadə, müəl. E.İsayeva iştar etmişdilər.

Tədris prosesinə nəzarət

Tədris prosesinə nəzarət, əmək intizamını və açıq dərslərə nəzarət etmək üçün yaradılan komissiya fakültəmizdə dərslərdə iştirak edirlər. Komissiyanın məsul şəxsləri dos. Asif Cavadov və fakültə dekanı dos. Zaur Hüseynzadə dərs prosesinin gedişini izləmişlər.

“Cəmiyyətin təhsil ehtiyacları” adlı seminar məşğələsi keçirildi

Inkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi təhsil olmalıdır. Pedaqoji kadrlar gələcək nəsillərin mənəvi sağlamlığının birinci qarantıdır. Sivilizasiyanın inkişafı insanın mənəvi inkişafına bağlıdır. İnsanlıq naminə qurub-yaratmaq, insansevər, bəşərsevər vətəndaşın yetişməsi bütün müasir dünyamızın devizidir. İnsanlıq naminə insanı sevmək səriştəsi şəxsiyyətin sosiallaşmasında bir insan ömrü boyunca qırmızı xətlə keçməlidir.  Pedaqoji kadrların yetişdirilməsi çox məsualiyyətli məqamlardan

Daha ətraflı