23.11.2022-ci il tarixində Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbələri Pedaqoji təcrübəyə hazırlıq məqsədilə Gəncə şəhərində yerləşən “Təfəkkür” uşaq bağcasında olmuşdular. Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Ş.Binnətova ilə birgə məşğələlərdə iştrak edib, müşahidələr aparmışlar. Məşğələlər dinlənilmiş və təhlillər aparılmışdır. Uşaq bağcasının rəhbərliyi tərəfindən məşğələlərin dinlənilməsi üçün zəruri şərait yaradılmışdır. Tələbələrimiz körpələrlə xoş anlar yaşayaraq, uşaq bağçasından yüksək əhval-ruhiyyə ilə ayrılmışlar.