“Fövqalədə halların nəticələrinin aradan qaldırılması, bərpa işlərinin növləri, mərhələləri. Cəlb olunan qüvvə və vasitələr” mövzusunda açıq dərs keçirildi

24.11.2022-ci il tarixdə Pedaqoji fakültənin “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müəllimi Ələkbərova Zülfiyyə Bəxtiyar qızının Mülki müdafiə fənnindən “Məşqçilik” ixtisasının I kursunda açıq dərsi keçirildi. Açıq dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, KTM-ın nümayəndəsi Şirinova Leyla, kafedra müdiri dos.N.Nəbiyev, kafedranın b/m F.Hüseynov, müəl. N.Babayeva və müəl. S.Əmiraslanova istrak etdilər. Açıq dərsin mövzusu “Fövqalədə halların nəticələrinin aradan qaldırılması, bərpa işlərinin növləri, mərhələləri. Cəlb olunan qüvvə və vasitələr”ə aid idi. Müəllimə tələbələrə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini, bərpa işlərinin növlərini, zədələnmə ocaqlarında həyata keçirilən zərərsizləşdirmə işlərini ətraflı izah etdi.