“PSİXOLOGİYA” İXTİSASININ TƏLƏBƏLƏRİ GƏNCƏ SOS UŞAQ KƏNDİNDƏ PRAKTİK-SEMİNAR MƏŞĞƏLƏSİNDƏ

 Gəncə Dövlət Universiteti ilə SOS Uşaq Kəndi arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən praktik-seminar məşğələlər uğurla davam etdirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələrinə əsasən I və III kurs tələbələri ali məktəbdə aldıqları nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətlərində tətbiq etmək məqsədilə mütəmadi olaraq Gəncə SOS Uşaq Kəndində praktik-seminar dərslər təşkil olunur.

Növbəti “Psixi sağlamlıq” mövzusunda Psixologiya ixtisasının III kurs tələbələri üçün keçirilən seminar-dərsdə  Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə, dekan müavini İlqar Haqverdiyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, istehsalat təcrübəsinin rəhbəri Aygün Məhəmmədi, SOS Uşaq Kəndinin psixoloqu Arzu Ələkbərova və kəndin sosial işçisi Aynurə Həmzəyeva,  universitetin Psixologiya ixtisasının müəllimi Arifə İsgəndərova və III kurs tələbələri iştirak etmişlər.

Dərsdə SOS Uşaq Kəndinin psixoloqu Arzu Ələkbərova və sosial işçi Aynurə Həmzəyeva psixi sağlamlıq –insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması haqqında məlumat vermişlər. Bundan başqa psixi sağlamlığın insanın özünə və ətrafdakı insanlara olan təsiri, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verməsi haqqında ətraflı söhbət getmişdir.

Məruzəçilər sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydaları, uşaqlarla aparılan tədbirlər, fərdi işlər haqqında tələbələrə ətraflı məlumat vermişlər.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.