QAN VERMƏ AKSİYASI
Pedaqoji fakültənin bir qrup tələbələri Gəncə şəhərindəTalasemiya xəstəsi olan uşaqlar üçün keçirilən qan vermə aksiyasında iştirak ediblər.
Pedaqoji fakültənin bir qrup tələbələri Gəncə şəhərindəTalasemiya xəstəsi olan uşaqlar üçün keçirilən qan vermə aksiyasında iştirak ediblər.
13.04.2018-ci il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Rəşidə Hamlet qızı Məmmədovanın “Əsas musiqi aləti və onun tədrisi metodikası”fənnindən “İri həcmli əsər üzərində iş” mövzusunda açıq dərsi keçirilmişdi. Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof.S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m M.Hacıyeva, b/m S.Həsənova, b/m N.Haqverdiyeva, b/m L.Rəfibəyli, müəl. S.Abbasova, müəl.S.Məhərrəmova iştrak etmişlər.
18.04.2018-ci il tarixində saat 12:00-da GDU-nun II tədris korpusunun akt zalında Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının III kurs tələbələri Ülkər Məmmədova və Dilarə Sultanıvanın “İki bədəndə yaşayan bir ruh…” mövzusunda seminar-treninqləri keçiriləcək. Elmi rəhbər: baş müəllim Pərvanə Məmmədova. Giriş azaddır.
7-8 aprel 2018-ci il tarixdə Xəzər Universitetində V Beynəlxalq Psixologiya konfransı keçirilmişdir. Konfransda Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının baş müəllimi Alvina Davud qızı Babayeva iştrak etmiş və yekunda sertifikatla təltif edilmişdir. Həmçinin konfransda TED Universiteti (Türkiyə), Hacettepe Universiteti (Türkiyə), George Mason Universiteti (ABŞ), İstanbul Cerrahpaşa Tibb Universiteti (Türkiyə), Wisconsin Universitetinin (ABŞ) professor və dosentləri iştrak
04.04.2018-ci il tarixdə Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin Təhsildə Sosial Psixoloji Xidmət III kurs tələbəsi Əhmədova Diananın “Cəsarətin psixologiyası” mövzusunda Elmi seminarı kecirildi. Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev Elmi seminarı açıq elan edərək, bildirdi ki, son 7 ildə Tələbə Elmi Cəmiyyətinin işində müsbət dəyişikliklər, 5 ildə isə Elmi seminarların ən-ənə halını alması tələbələrin bu
3.04.2018-ci il tarixdə GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri şəhər 2 saylı uşaq bağçasında pedaqoji təcrübə keçmişlər. Keçirilən təcrübədə Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, kafedranın bir qrup əməkdaşları və tələbələr fəal iştirak etmişlər. Məqsəd məktəbəqədər yaşlı uşaqların idrak proseslərinin inkişafı və fərdi xüsusiyyətlərinin öyrənilməsindən ibarət olmuşdur. Təcrübənin keçirilməsinə şərait yaradan və yaxından
03.04.2018-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Fakültədə Pedaqogika fənlərinin tədrisi vəziyyəti (Tədris metod. şura). Fakültədə tərbiyə işlərinin təşkili vəziyyəti (Tərbiyə işləri üzrə dekan müavini). Seçmə fənlərin mövzu və saatlarının təsdiqi (Tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini İ.Haqverdiyev). Müsabiqə üzrə müəllim seçkisi (Elmi katib).
28.03.2018-ci il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “Romans və mahnı üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m N.Haqverdiyeva, b/m Q.Məmmədova, b/m L.Rəfibəyli, müəl.S.Abbasova, müəl. L.Nəbiyeva iştirak etmişlər.
Tələbə Gənclər təşkilatının dəstəyi ilə Pedaqoji fakültədə 16.03.2018-ci il tarixində Novruz şənliyi təşkil olunundu. Tədbiri açıq elan etmək uçün söz Fakültə dekanı Apoyev Bayram müəllime verildi. Çıxış üçün söz Humanitar məsələlər üzrə prorektor Fətəliyeva Gülsüm müəlliməyə verildi… Şənlikdə Hakışda deyən I kurs tələbələri səhnəyə dəvət olundu.. Sonra səhnəyə kosa və keçəl dəvət olundu… Üzüm rəksinin
Gəncə Dövlət Universitetində Bahar bayramı böyük həvəslə qarşılanır. Ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində ikiqat sevinc yaşayıb.
Universitetin rektororunun, professor Yusif Yusibovun müvafiq əmri ilə 60 nəfər əməkdaş əməkdə fərqləndiyinə görə “Fəxri Fərman” və “Təşəkkür”lə təltif edilib. Onların arasında Pedaqoji fakültənin əməkdaşları Babayeva Nübubət İsax qızı, Ələkbərova Zülfiyyə Bəxtiyar qızı “Fəxri Fərman” və Mirzəyeva Aygün Akif qızı “Təşəkkür”lə təltif ediliblər.
Professor Yusif Yusibov tədbirdə bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bahar bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Universitetin bütün əməkdaşlarına bayram təbriklərini çatdıran rektor hər kəsə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli elmi və əmək fəaliyyətində yeni uğurlar arzulayıb.