04 may 2018- ci ildə Gəncə Humanitar Regional Kollecində Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Məmmədova Nərminə “Oliqofreniya nədir?” mövzusunda Kollecin Məktəbəqədər təlim tərbiyə ixtisasının III kurs 236 “A” 2 qrupunda sınaq dərsi dinlənildi .
Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Qarayev Cabbar, Psixologiya kafedrasında olan təcrübə rəhbərləri baş müəllim Leyla Həsənova , baş müəllim Pərvanə Məmmədova və kollecdə təcrübədə olan qrupların tələbələri.