ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

01.05.2018-ci il tarixində Pedaqoji fakültənin Tələbə Gənclər Təşkilatının təşəbbüsü, dekanlığın dəstəyi ilə universitetin Böyük akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbiri giriş sözü ilə  açan fakültə dekanı dos. B.Apoyev öz çıxışında vurğuladı ki,  Ulu Öndərin ən böyük tarixi xidməti Azərbaycan xalqına iki şah əsər:

  1. Müstəqil Azərbaycan dövləti;
  2. Bu dövləti  ləyaqətlə idarə edən layiqi varisini – İ.Əliyevi bəxş etməsidir.

Fakültə tələbələrinin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar və şeirlər tədbir iştrakçılarının marağına səbəb oldu. Fakültənin II kurs tələbələri Əliəkbər Dumanlının tarda ifa etdiyi “Alagöz” mahnısı və Yaqubzadə Yaqubun musiqisi Sevil Əliyevaya, sözləri Fikrət Qocaya aid olan “Qayıt, əzizim” mahnısı sürəkli alqışlarla  qarşılandı.