Category Archives: dərslər

“Binar münasibətlər”mövzusunda açıq dərs keçirilmişdir

11.10.2022-ci il tarixində Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d.b/m Şəlalə Binnətovanın Məktəbəqədər təhsil ixtisasının I kursunda “Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi inkişafı metodikası” fənni üzrə “Binar münasibətlər”mövzusunda açıq dərsi keçirilmişdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, tədris məsələləri üzrə dekan müavini b/m İ.Haqverdiyev iştrak etmişdilər.

“İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda açıq dərs dinlənilmişdir

11 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Aləmzər Xanlar qızı Abdullayevanın “Məktəb mahnı repertuarı” fənnindən “İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda Pedaqoji fakültənin “Musiq müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Könül Əvəz qızı Əmrahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda açıq dərs

04 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Svetlana Cəlal qızı Abbasovanın “Notdan (üzdən) ifa” seçmə fənnindən “Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Müslüm Mehman oğlu Məmmədzadə ilə fərdi məşğələ şəklində keçdiyi açıq dərsi dinlənilmişdir.

Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir

Universitetin rektoru professor Y.Yusibovun  tapşırığı ilə cari tədris ili üçün idman zalı, idman meydançası təmir olunub tələbələrin istifadəsinə verilib.  Bədən tərbiyəsi və idman kafedrası idman ləvazimatları ilə təmin olunubdur. Fakültənin Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir. 2022-2023-cü tədris ilində kafedranın qabiliyyət yönümlü fənləri cədvəl üzrə idman zalında keçiriləcək. Bu barədə Universitetin tədris

Daha ətraflı

“Musiqi fənləri” kafedrasında ustad dərslər keçirildi

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor, “İfaçılıq” fakültəsinin dekanı Nəzəriyyə Abbaszadə,  Əməkdar müəllim, professor, “Fortepiano” fakültəsinin dekanı Nəzakət Rimazi, Beynəlxalq müsabiqələr laureatı Dmitri Babayev tərəfindən  Gəncə Dövlət  Universitetinin “Musiqi fənləri” kafedrasında keçirilən ustad dərsləri kafedranın professor-müəllim heyəti və “Pedaqoji”

Daha ətraflı

“Fiziki tərbiyə sistemində məzmun xətlər və qiymətləndirmə” mövzusunda açıq dərs keçirildi

20.05.2022-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının b/m Urfan Cabbarovun Bədən tərbiyəsi və idman ixtisasının III kursunda “Orta məktəblərdə əsas idman növlərinin tədrisi” fənnindən “Fiziki tərbiyə sistemində məzmun xətlər və qiymətləndirmə” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.Z.Hüseynzadə, dekan müavini b/m İ.Haqverdiyev,Bədən tərbiyəsi və idman kafedrasının müdiri b/m Ş.Qazaxova, Fiziki tərbiyə və

Daha ətraflı

“Sadə akkord ardıcıllığının oxunuşu. İ.V.Sposobin. “İkisəsli solfecio” №68, N.M.Laduxin. “Birsəsli solfecio” № 29, 30. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda açıq dərs keçirildi

16 may 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Sevinc İlham qızı Rüstəmovanın “Solfecio-1” fənnindən “Sadə akkord ardıcıllığının oxunuşu. İ.V.Sposobin. “İkisəsli solfecio” №68, N.M.Laduxin. “Birsəsli solfecio” № 29, 30. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə laborator məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Humanitar fənlərin tədrisi prosesində N.Gəncəvinin irsindən istifa yolları” mövzusunda açıq dərs keçirildi

12.05.2022-ci il tarixində Ümumi pedaqogika kafedrasının b/m Bəsirə Abbasovanın Təhsildə sosial psixoloji xidmət ixtisasında “Nizami Gəncəvinin pedaqoji görüşləri” fənnindən “Humanitar fənlərin tədrisi prosesində N.Gəncəvinin irsindən istifa yolları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, b/m L.Hacımuradova və b/m K.Məmmədov iştrak etdilər.