Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir

Universitetin rektoru professor Y.Yusibovun  tapşırığı ilə cari tədris ili üçün idman zalı, idman meydançası təmir olunub tələbələrin istifadəsinə verilib.  Bədən tərbiyəsi və idman kafedrası idman ləvazimatları ilə təmin olunubdur.

Fakültənin Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir. 2022-2023-cü tədris ilində kafedranın qabiliyyət yönümlü fənləri cədvəl üzrə idman zalında keçiriləcək. Bu barədə Universitetin tədris məsələləri üzrə prorektoru dos. Şahin Xurşudovun xüsusi tapşırığı var. Tapşırığa əsasən  hər ayın sonu tələbələr keçirilən mövzu ətrafında nəzarət  normativləri üzrə aylıq qiymətləndiriləcəklər.