“Sadə akkord ardıcıllığının oxunuşu. İ.V.Sposobin. “İkisəsli solfecio” №68, N.M.Laduxin. “Birsəsli solfecio” № 29, 30. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda açıq dərs keçirildi

16 may 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Sevinc İlham qızı Rüstəmovanın “Solfecio-1” fənnindən “Sadə akkord ardıcıllığının oxunuşu. İ.V.Sposobin. “İkisəsli solfecio” №68, N.M.Laduxin. “Birsəsli solfecio” № 29, 30. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə laborator məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Humanitar fənlərin tədrisi prosesində N.Gəncəvinin irsindən istifa yolları” mövzusunda açıq dərs keçirildi

12.05.2022-ci il tarixində Ümumi pedaqogika kafedrasının b/m Bəsirə Abbasovanın Təhsildə sosial psixoloji xidmət ixtisasında “Nizami Gəncəvinin pedaqoji görüşləri” fənnindən “Humanitar fənlərin tədrisi prosesində N.Gəncəvinin irsindən istifa yolları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, b/m L.Hacımuradova və b/m K.Məmmədov iştrak etdilər.

“Azərbaycan güləşçilərinin Olimpiya oyunlarının qələbəsi” mövzusunda açıq dərs keçirildi

12.05.2022-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının b/m Ayət Rüstəmzadənin Fiziki tərbiyə və ÇQH ixtisasının III kursunda “Güləş və OTM” fənnindən “Azərbaycan güləşçilərininolimpiya oyunlarınınqələbəsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri Ş.Qazaxova, b/ A.Məmmədova, b/m T.Əliyev, b/m U.Cabbarov, b/l R.Məmmədov iştrak etmişdilər.

“Dissosiyativ şəxsiyyət pozğunluğu” mövzusunda elmi seminar keçirildi

11.05.2022-ci il tarixində Psixologiya kafedrasında “Psixologiya” ixtisasının III kurs tələbələri Əsgərova Fatimə və Əsgərova Aliyə b/m Səbinə Şahverdiyevanın rəhbərliyi ilə “Dissosiyativ şəxsiyyət pozğunluğu” mövzusunda elmi seminar keçirdilər. Seminarda Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova və kafedranın professor-müəllim heyyəti iştrak etmişlər. Müraciət olunan mövzu aktual olduğundan iştrakçıların böyük marağına səbəb olmuşdur.

Elmi şura

06.05.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  2021-2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq tədbirləri. – dos. Z.Hüseynzadə Pedaqoji təcrübənin gedişi vəziyyəti. -dekan müavini İ.Haqverdiyev. Fakültə TEC-nin illik hesabatı. Müsabiqə üzrə müəllim seçkisi. Cari məsələ: Seçmə fənlərin müzakirəsi.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi

05.05.2022-ci il tarixində Pedaqoji fakültədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Z.Hüseynzadə açdı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya verildi. O, Ulu öndərin

Daha ətraflı

“Məşqin prinsipləri” mövzusunda açıq dərs keçirildi

04.05.2022-ci il tarixindəBədən tərbiyəsi və idman kafedrasının b/m Tofiq Əliyevin Məşqçilik ixtisasının II kursunda İdman məşqinin əsasları fənindən “Məşqin prinsipləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, dekan müavini b/m İ.Haqverdiyev, kafedra müdiri b/m Ş.Qazaxova, b/m T.Əliyev, b/l R.Məmmədov iştrak etdilər.

Psixologiya ixtisasının 4 kurs tələbəsi Gülər Süleymanovanın “Məktəbəqədər dövrdə uşaqların əqli proseslərin əsas xüsusiyyətləri” mövzusunda sınaq dərsi keçirildi

Pedaqoji fakültənin Təhsildə Sosial Psixoloji Xidmət, Psixologiya ixtisasları üzrə 4 kurs tələbələri universitetin nəzdində olan Regional Kollecdə pedaqoji təcrübədə iştirak edirlər. Psixologiya ixtisasının 4 kurs tələbəsi Gülər Süleymanovanın “Məktəbəqədər dövrdə uşaqların əqli proseslərin əsas xüsusiyyətləri” mövzusunda sınaq dərsi keçirilmişdir. Dərsdə Regional Kollecin şöbə müdiri Etibar Murğuzov, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, Təcrübə və karyera şöbəsinin

Daha ətraflı

“Topun yuxarıdan iki əllə ötürülməsi” mövzusunda açıq dərs keçirildi

28 aprel 2022-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının b/m Mətanət Rzayevanın Məşqçilik ixtisasının II kursunda Voleybol və OTM fənninnən “Topun yuxarıdan iki əllə ötürülməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri Ş.Qazaxova, b/m A.Rüstəmzadə,b/m T.Əliyev, b/m U.Cabbarov iştrak etdilər.

“V.Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda açıq dərs keçirildi

26 aprel 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Lalə Hakim qızı Rəfibəylinin “Azərbaycan musiqi tarixi-2” fənnindən “V.Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.