Pedaqoji fakültənin tabeçilyində fəaliyyət göstərən kafedralarda seçmə fənlərin səmərəli tədrisi işinin təşkili vəziyyətinin təhlili ilə bağlı fakültə dekanı və kafedra müdirlərinin, müvafiq işçi və monitorinq qruplarının iştirakı ilə 21 iyun 2025-ci il tarixində fakültə dekanlığında keçirilən iclasda geniş müzakirələr aparılmışdır. İclasda çıxış edən “Təhsil proqramlarının sistematik yoxlanılması üçün monitorinq qrupu”nun sədri, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, pedaqoji fakültə dekanının müavini, baş müəllim İ.Haqverdiyev, “Psixologiya” kafedrasının müdiri, dos. Z.Cavadova, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Ş.Tağıyev, kafedra müdirinin müavini, baş müəllim G.Pirverdiyeva, “Təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, dos. A.Quliyev, “Bədən tərbiyəsi və idman” kafedrasının müdiri, baş müəllim U.Cabbarov, “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdir əvəzi, baş müəllim M.Məmmədova çıxış edərək mütəmadi monitorinqlərin keçirilməsini, toplanan informasiyaların diskussiya şəklində müzakirəsini müsbət qiymətləndirdilər. Mövcud çatışmamazlıqların aradan qaldırılması üçün təcrübi əhəmiyyətə malik təkliflər irəli sürüldü.