Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Ü.Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqqında” 03 fevral 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar AMEA-nın Gəncə Bölməsində keçirilən “Üzeyir Hacıbəyli və Gəncənin musiqi mədəniyyəti” mövzusunda dəyirmi masada iştirak edən Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrindən ibarət Tələbə Kamera Xoru dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin opera və operettalarından xorları yüksək peşəkarlıq səviyyəsində ifa etmişdir. Xorun ifası dinləyicələr tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.