Category Archives: dərslər

“Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərs keçirildi

20.10.2022-ci il tarixdə Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilovanın TSPX ixtisasının IV kursunda “Psixodiaqnostika və psikonsultasiya” fənnindən “Psixi inkişafda qeridə qalmanın diaqnostikası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, b/m A.Babayeva, b/m S.Şahverdiyev, b/m A.Bağırzadə, müəl. E.İsayeva iştar etmişdilər.

Tədris prosesinə nəzarət

Tədris prosesinə nəzarət, əmək intizamını və açıq dərslərə nəzarət etmək üçün yaradılan komissiya fakültəmizdə dərslərdə iştirak edirlər. Komissiyanın məsul şəxsləri dos. Asif Cavadov və fakültə dekanı dos. Zaur Hüseynzadə dərs prosesinin gedişini izləmişlər.

“Cəmiyyətin təhsil ehtiyacları” adlı seminar məşğələsi keçirildi

Inkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi təhsil olmalıdır. Pedaqoji kadrlar gələcək nəsillərin mənəvi sağlamlığının birinci qarantıdır. Sivilizasiyanın inkişafı insanın mənəvi inkişafına bağlıdır. İnsanlıq naminə qurub-yaratmaq, insansevər, bəşərsevər vətəndaşın yetişməsi bütün müasir dünyamızın devizidir. İnsanlıq naminə insanı sevmək səriştəsi şəxsiyyətin sosiallaşmasında bir insan ömrü boyunca qırmızı xətlə keçməlidir.  Pedaqoji kadrların yetişdirilməsi çox məsualiyyətli məqamlardan

Daha ətraflı

“Binar münasibətlər”mövzusunda açıq dərs keçirilmişdir

11.10.2022-ci il tarixində Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d.b/m Şəlalə Binnətovanın Məktəbəqədər təhsil ixtisasının I kursunda “Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi inkişafı metodikası” fənni üzrə “Binar münasibətlər”mövzusunda açıq dərsi keçirilmişdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, tədris məsələləri üzrə dekan müavini b/m İ.Haqverdiyev iştrak etmişdilər.

“İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda açıq dərs dinlənilmişdir

11 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Aləmzər Xanlar qızı Abdullayevanın “Məktəb mahnı repertuarı” fənnindən “İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda Pedaqoji fakültənin “Musiq müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Könül Əvəz qızı Əmrahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda açıq dərs

04 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Svetlana Cəlal qızı Abbasovanın “Notdan (üzdən) ifa” seçmə fənnindən “Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Müslüm Mehman oğlu Məmmədzadə ilə fərdi məşğələ şəklində keçdiyi açıq dərsi dinlənilmişdir.

Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir

Universitetin rektoru professor Y.Yusibovun  tapşırığı ilə cari tədris ili üçün idman zalı, idman meydançası təmir olunub tələbələrin istifadəsinə verilib.  Bədən tərbiyəsi və idman kafedrası idman ləvazimatları ilə təmin olunubdur. Fakültənin Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir. 2022-2023-cü tədris ilində kafedranın qabiliyyət yönümlü fənləri cədvəl üzrə idman zalında keçiriləcək. Bu barədə Universitetin tədris

Daha ətraflı

“Musiqi fənləri” kafedrasında ustad dərslər keçirildi

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor, “İfaçılıq” fakültəsinin dekanı Nəzəriyyə Abbaszadə,  Əməkdar müəllim, professor, “Fortepiano” fakültəsinin dekanı Nəzakət Rimazi, Beynəlxalq müsabiqələr laureatı Dmitri Babayev tərəfindən  Gəncə Dövlət  Universitetinin “Musiqi fənləri” kafedrasında keçirilən ustad dərsləri kafedranın professor-müəllim heyəti və “Pedaqoji”

Daha ətraflı