03 aprel 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Lalə Hakim qızı Rəfibəylinin “Azərbaycan musiqi tarixi-2” fənnindən “R.Hacıyev və S.Ələsgərovun həyat və yaradıcılıqları” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə seminar məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Pedaqoji” fakültənin dekanı dosent Zaur Hüseynzadə, “Fizika” kafedrasının müdiri, “Təhsilə Nəzarət Komissiyası”nın üzvü, dosent Yahya Namazov, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər Səidə Həsənova, Sevinc Rüstəmova, müəllimlər Ülviyyə Quliyeva, Feride Məmmədova, “Musiqi müəllimliyi” ixtisası üzrə magistratura səviyyəsi üzrə təcrübəçi tələbələr iştirak etdilər.


