“Mütəhərrik oyunlar” mövzusunda açıq dərs

03.04.2025-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın İbtidai sinif müəllimliyi ixtisasının 3 cü kurs tələbələri ilə İbtidai siniflərdə fiziki tərbiyə və OTM fənnindən “Mütəhərrik oyunlar” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə monitorinq qrupunun üzvü prof. Cəfər İbrahimov, dekan müavini İlqar Haqverdiyev , kafedranın baş müəllimi Tofiq Əliyev iştirak etdilər.