Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə uğurla iştirak edirlər. “Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinin dəstəyi ilə tələbələr sınaq dərslərini müasir dövrün tələbləri səviyyəsində tədris etməyə səy göstərir, şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkilində fəal iştirak edirlər.17.03.2025-ci il tarixində Novruz bayramı münasibəti ilə təcrübəçi-tələbələr və məktəb şagirdlərinin təşkil etdikləri bayram şənliyi yüksək əhval-ruhiyyə şəraitində keçirilmişdir.