“Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası istiqamətində yeni trendlər” mövzusunda elmi konfrans

17.03.2025 ci il tarixində Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının professor-müəllim heyəti, eləcə də magistrlər, Psixologiya və Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri Azərbaycan respublikasında “Konstitusiya və suverenlik ili” və dünya sosial iş gününə həsr olunmuş “Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası istiqamətində yeni trendlər” mövzusunda keçirilən onlayn elmi konfransda iştirak etdilər. Mövzunun aktuallığı və əhəmiyyəti iştirakçıların diqqətinə və marağına səbəb oldu. Onu da qeyd edək ki, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının əməkdaşları Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası istiqamətində iş birliyi əsasında könüllü olaraq fəaliyyət göstərirlər. Aparılan bu işlər nəticəyönümlüdür.