13 mart 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Rəşidə Hamlet qızı Məmmədovanın “Əsas musiqi aləti-4” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Şəfa Elçin qızı Vəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in xüsusi komissiyasının üzvü, Universitetin Fəxri professoru C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər M.Hacıyeva, S.Həsənova, G.Məhərrəmova, L.Nəbiyeva, müəllimlər Ş.Bayramova, Ü.Quliyeva, “Musiqi müəllimliyi” ixtisası II kurs magistratura təhsil səviyyəsi üzrə tələbə-təcrübəçi Türkan Cavadova iştirak etdilər.


