“Məktəbdə bədən tərbiyəsinin təşkili”mövzusunda sınaq dərs

Magistrant Məmmədov Nemət Azər oğlunun 12.03.2025- il tarixində Pedaqoji fakültənin Bakalavriat səviyyəsinin 050106 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kursunda Fiziki tərbiyə nəzəriyyəsi və metodikası-2 fənnindən “Məktəbdə bədən tərbiyəsinin təşkili”mövzusunda (muhazirə)  sınaq dərsi dinlənilmişdir. Dərsdə məktəblilər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, Fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) və onun xarakterik cəhətlərinin auditoriyada olan tələbələrə aşılanmışdır, Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti kimi məsələlər prioritet olaraq analitik  təhlilini tapmışdır. Dərsdə Bədən tərbiyəsi və idman kafedrasının müdiri baş müəllim Urfan Cabbarov, Təhsilin pedaqogikası və metodikası kafedrasının dossenti Ziyafət Bayramova və fənn müəllimi baş müəllim Ayəd Rüstəmzadə iştirak edirdi.