Ulu Öndər Ümumilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş tədbir

13 may 2024 -cü il tarixində Gəncə Dövlət Universitetində Pedaqoji fakültənin Tələbə həmkarlar təşkilatının tələbələri(THT) Ulu Öndər Ümumilli Lider Heydər Əliyevin doğum günü münasibətilə onun ölməz xatirəsini yad etmişlər. Heydər Əliyevin doğum günü münasibətilə tədbir təşkil olunmuş tədbirdə Universitetin müəllim və tələbə heyyəti Ulu Öndərimizin fəaliyyəti ilə bağlı danışmış və onun əvəz olunmaz xatirəsini ehtiramla anıblar. Bu münasibətlə tələbələr Heydər Əliyevə dair öz yazdıqları şeirləri təqdim etmiş və mahnılar oxumuşlardı. Tədbirdə Azərbaycan Respublikasının yaradılması və müstəqilliyimizin bərpasında Heydər Əliyevin əvəzsiz rolu olduğu bir daha qeyd olunub.