16 may 2024-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri aktual mövzularda maraqlı elmi məruzələrlə online çıxış etmişlər.
10:00-13:00 İclasın rəhbəri/Модератор секции/Meeting leader:
Professor, Əməkdar müəllim Xatirə Həsənzadə
“Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin musiqi təhsilinin inkşafına göstərdiyi qayğılar”
Əhmədova Fidan (Azərbaycan). Gəncə Dövlət Universiteti, bakalavr.
Elmi rəhbər: Əməkdar müəllim, Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva
“Şuşa görkəmli musiqi xadimlərinin vətənidir”
Nəzərəliyeva Aytəkin (Azərbaycan). Gəncə Dövlət Universiteti, bakalavr.
Elmi rəhbər: Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Hacıyeva
“Qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti və yolları”
Abbasova Aysu (Azərbaycan). Gəncə Dövlət Universiteti, bakalavr.
Elmi rəhbər: Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Məhərrəmova
“Məktəb xoru ilə iş prosesində interaktiv tədris metodlarından istifadə”
Həsənova Ülviyyə (Azərbaycan). Gəncə Dövlət Universiteti, bakalavr.
Elmi rəhbər: Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Nəbiyeva
“Ümumtəhsil məktəblərində “Musiqi” dərslərində innovativ texnologiyalardan istifadənin imkan və yolları”
Musayeva Səma (Azərbaycan). Gəncə Dövlət Universiteti, bakalavr.
Elmi rəhbər: Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müəllimi Günay Tağıyeva
“Современный урок музыки в Азербайджанских общеобразовательных школах”
Намазова Гюнель (Азербайджан). Гянджинский Государственный Университет, бакалавр.
Научный руководитель: Гянджинский Государственный Университет, старший преподаватель кафедры “Музыкальных дисциплин” Саида Гасанова
İştirakçılara Sertifikatlar təqdim edilmişdir.