Gəncə şəhəri 2 saylı uşaq bağçasında açıq dərs

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Ramazanova Aytac Mahmud qızının Gəncə şəhəri 2 saylı uşaq bağçasının Məktəbəhazırlıq qrupunda ” Ətraf aləmlə tanışlıq” məşğələsi üzrə “Yurdumuza yaz gəlir” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərsdə pedaqoji təcrübə rəhbəri dos.(attes-sız)G.Kazımova, b/m R.İsgəndərova, müəssisə rəhbəri M.Atakişiyeva, məktəbəhazırlıq qrupunun müəllimi K. İsmayılova və təcrübəçi tələbələr iştirak etmişlər.