06 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi, p.ü.f.d. Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti-2” fənnindən “Qammalar. Polifonik əsər, etüd və pyeslər üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Babayeva Ruqiyyə Ruslan qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə iştirak etdilər: “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: s.ü.f.d. Sevinc Rüstəmova, Leyla Nəbiyeva, Lalə Rəfibəyli, Sevil Şabanova.