17 oktyabr 2022-ci il universitet Mülki müdafiə qərərgahının rəhbəırliyi ilə, Fiziki tərbiyə çağırışagədərki hazırlıq və mülki müdafiə kafedrasının “Fövqəladə hallarda təxliyyənin təşkili” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pedaqoji fakültə dekanı dos. Z.Hüseynzadə, kafedra müdiri dos. N.Nəbiyev, kafedranın müəllimləri və tələbələr iştrak etmişdirlər. Qərərgah rəisi Qasımov Musa tədbiri “Fövqəladə hallarda təxliyyənin təşkili” mövzusu ilə açdı. Kafedranın baş müəllimi Fikrət Hüseynov köçürülmənin mahiyyəti haqqında, baş müəllim Şahniyar Abbasova nüvə silahının zədələyici amilləri və bu zaman əhalinin davranış qaydaları haqqında, baş müəllim Mahnur Məmmədova təbii fəlakətlərdən olan zəlzələnin təsirləri və bu zaman əhalinin davranış qaydaları haqqında və müəllim Zülfiyyə Ələkbərova təbii fəlakətlərdən yanğın zamanı təxliyyənin vacibliyi və əhalinin davranış qaydaları haqqında məlumat verdilər.
Pedaqoji fakültə dekanı Z.Hüseynzadə maraqlı tədbirin təşkili üçün tədbir iştrakçılarına və təşkilaçılara öz təşəkkürünü bildirdi.