Azərbaycanda ali təhsil müəsissələrində dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış və həmin gün Bilik Günü elan edilmişdir.
Beləliklə 15 sentyabr 2022-ci il tarixdə fakültəmizdə yeni tədris ilinə start verilmişdir. Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilinin başlanması münasibəti ilə sizi təbrik edir və uğurlar arzulayırıq!