“Qammalar. Polifonik əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs dinlənildi

12 aprel 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Günay Hafiz qızı Tağıyevanın “Əsas musiqi aləti (fortepiano)-2” fənnindən “Qammalar. Polifonik əsər və pyeslər üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Səbinə Mübariz qızı Məlikova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.