ƏLİYEVA TURA ƏLİ QIZI

Əliyeva Tura Əli qızı 1979-cu il 18 noyabrda Gəncə şəhərində anadan olmuşdur.O,1986-cı ildə M.Müşfiq adına adına 14 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 1997-ci ildə məktəbi bitirmişdir.1997-ci ildə GDİ-nin ibtidai təhsil pedaqogikası və metodikası ixtisasına daxil olub, 2001-ci ildə bitirmişdir.2002-ci ildən 2018-ci ilə qədər M.Müşfiq adına adına 14 saylı tam orta məktəbdə laborant vəzifəsində işləmiş və 2018-ci ildən GDU-nun ümumi pedaqogika kafedrasında müəllim vəzifəsində işləyir.

Çap olunmuş elmi məqalələrinin siyahısı:

1. “Kollektiv fəaliyyət prosesində nəzarət və özünənəzarətin formalaşdırılması problemlərinə dair”.Az.Resp.Təhsil İnstitutu Elmi əsərlər, Bakı, 2020,cild 87

2. “Nəzarət və özünənəzarətin formalaşdırılmasında tədris çalışmalarından istifadə” Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2020

3. «Пути и средства формирования контроля и самоконтроля в процессе индивидуальной работы». Azərbaycan Respublikasının Təhsil İnstitutu, 2021, cild 88