Şəhidlər ölməz vətən bölünməz!

Fakültəmizin Bədən tərbiyəsi və idman ixtisası üzrə 2014-cü il məzunu ABDULLAYEV ELŞƏN SABİR OĞLU 08.11.2020-ci ildə Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhramancasına vuruşaraq Şəhid olmuşdur.

Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ixtisası üzrə 2018-ci il məzunu ATAYEV NİCAT HABİL OĞLU Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhramancasına vuruşaraq Şəhid olmuşdur.

Fakültədə hər iki şəhidimizə həsr olunmuş xüsusi guşə yaradılmışdır.