30.11.2020-ci ildə Pedaqoji fakültənin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, humanitar məsələlər üzrə dekan müavini Mirvari Rəhimova, Psixologiya və Məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə humanitar məsələlər üzrə dekan müavin M.Rəhimova açaraq, son günlər Azərbaycan xalqının şanlı bir tarixin şahidi olduğunu qeyd etdi. Xalqımız illərdən bəri dərin intizarla gözlədiyi hadisənin – torpaqlarımızın azad olunması sevincini yaşadığını və bu sevinci bizə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və rəşadətli ordumuzun yaşatdığını söylədi.
Bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Şəhidlərimizə Allah rəhmət eləsin, məkanları cənnət olsun söylədi. Şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verədi.
Sonra çıxış üçün söz humanitar məsələlər üzrə prorektor G.Fətəliyevaya verildi. Gülsüm müəllimə tarixi qələbəmizin yaradıcısı Ali Baş Komandan İlham Əliyev olduğunu söylədi. Onun düşünülmüş daxili və xarici siyasəti qüdrətli dövlət, güclü iqtisadiyyat və hazırlıqlı ordu yaratmağa, beynəlxalq birlikdə nüfuz qazanmağa imkan verdiyini qeyd etdi. Cəbhədə olan zabit və əsgərlərimizin qəhramanlıqlarını xüsusi olaraq qeyd etdi. Onlar Azərbaycan qürurunu özünə qaytardığını heç bir zaman unudulmayacaqlarını söylədi.
Gülsüm müəllimə də tarixi qələbə günümüz münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. Şəhidlərimizə dərin hüznlə baş sağlığı verdi.
Sonra çıxış üçün söz tələbələrə verildi. Tələbələrimiz Tarix yazan Azərbaycan əsgəri, Zəfər bayrağının vətənpərvərlik mövzularında çıxış etdilər. Fakültə dekanı B.Apoyevin “Azərbaycan bayrağı”, “İrəli” şeirini söylədilər.
Sonda hər kəs qüdrətli, şücaətli Azərbaycan ölkəsində yaşadığını fəxarət hissi ilə dilə gətirdi. Biz heç zaman nə gəhramanlarımızı, nə şəhidlərimizi, nə də milli şüarımızdan “Qarabağ Azərbaycandır” ifadəsini unutmayacağıq.
Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!