“Kiçik həcmli pyeslər üzərində iş” mövzusunda açıq dərs keçirildi

04.12.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının müəllimi Mücaid Müzəffər oğlu Qarayevin “Əlavə musiqi alətləri” (tar) fənnindən “Kiçik həcmli pyeslər üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos. B.Apoyev, kafedra müdiri prof. S.Qurbanəliyeva, baş müəllimlər N.Haqverdiyeva, G.Məhərrəmova, S.Rüstəmova, müəllim A.İbrahimov iştrak etdilər.