“MÜƏLLİMLƏRİN İNKLUZİV TƏHSİL SAHƏSİNDƏ BACARIQLARININ ARTIRILMASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR BAŞLADI

15 aprel 2019-cu il tarixdən etibarən Ümumi pedaqogika kafedrasının baş müəllimləri, Pedaqogika üzrə fəlsəfə doktorları Lamiə Nizami qızı Nağıyeva, Təhminə Ələmdar qızı Nəbiyeva, Göyçək İspəndiyar qızı Pirverdiyeva və Bəsirə Heydər qızı Abbasova, Heydər Əliyev Fondunun UNİSEF  və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimləri başladı.  Təlimlərin Gəncə Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarında dərs deyən müəllimlərinə keçirilməsi planlaşdırılıb. Hər birində 30 nəfər olmaqla iki qrup üzrə keçirilməsi planlaşdırılan təlimlər dörd gün boyunca keçiriləcək. Təlim boyu müəllimlər, İnklüziv təhsil nədir? İnklüziv təhsil sahəsində hüquqi çərçivələr, Əlilliyin sosial modeli, İnklüziv təhsil prosesində müəllim kadrlarının hazırlanması, Uşaqyönümlü pedaqogika, Universal təlim dizaynı, İnklüziv dərs planlaması, diferensiallaşma Yardımçı Texnologiya, Əməkdaşlıq, müəllim valideyn, cəmiyyət və digər tərəfdaşlar, İnkluziv siniflərdə qiymətləndirmə, Uşaq və ailə dəstək planları haqqında biliklərə yiyələnəcəklər. Təlimin sonunda hər bir iştrakçıya sertifikat təqdim ediləcək.