“MÜƏLLİMLƏRİN İNKLUZİV TƏHSİL SAHƏSİNDƏ BACARIQLARININ ARTIRILMASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMƏR KEÇİRİLƏCƏK

15 aprel 2019-cu il tarixdən etibarən 8 gün müddətində Ümumi pedaqogika kafedrasının baş müəllimləri, Pedaqogika üzrə fəlsəfə doktorları Lamiə Nizami qızı Nağıyeva, Təhminə Ələmdar qızı Nəbiyeva, Göyçək İspəndiyar qızı Pirverdiyeva və Bəsirə Heydər qızı Abbasova, Heydər Əliyev Fondunun UNİSEF və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimlər həyata keçirəcəklər. 8 gün müddətində həyata keçiriləcək təlimdə 60 nəfər professor -müəllim heyətinin iştirakı planlaşdırılıb… Təlimin işinə uğurlar arzu edirik..