23.04.2018-ci il tarixdə Pedaqoji fakültənin TSPX I kurs ixtisasının Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Xəyalə Mustafayevanın Pedaqogikanın tarixi fənnindən “Ən qədim dövrlərdən XII əsrə qədər Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri A.Quliyev, S. Nəsibova, G.Kazımova, A.Əliyeva iştirak etdilər.