18.04.2018-ci il tarixində fakültə TEC-nin və Psixologiya kafedrasının dəstəyi, Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbələri Ülkər Məmmədova və Dilarə Sultanovanın təşkilatçılığı ilə “İki bədəndə bir ruh” mövzusunda “Həm öyrənək, həm əylənək!”devizi altında seminar-treninq keçirildi. Universitetin II tədris binasının Akt zalında baş tutan tədbiri giriş sözü ilə açıq elan edən fakültə dekanı dos.B.Apoyev tədbirin təşkilində tələbələrə elmi məsləhət verən Psixologiya kafedrasının müdiri dos. Z.Cavadovaya, fakültə TEC-nin sədri b/m T.Cabbarovaya, “Psixologiya” dərnəyinin rəhbəri b/m P.Məmmədovaya təşəkkür etdi. Dinləyicilərlə canlı dialoq formasında keçirilən seminar-treninq tədbir iştrakçılarının böyük marağına və sürəkli alqışlarına səbəb oldu.
Tədbirin sonunda hər iki təşkilatçı tələbə (Ü.Məmmədova və D.Sultanova) həm rektorluğun, həm də dekanlığın “Fəxri Fərman”ları ilə təltif olundular. Rektorluğun “Fəxri Fərman”larını tədbirdə iştrak edən baş müşavir dos. A.Cavadov təqdim etdi.