18.01.2018-ci ildə “Şəhidlər xiyabanı”nda GDU-nun rektoru prof. Yusif Yusibovun dəstəyi, Psixologiya kafedrasının və 2 saylı uşaq bağçasının təşəbbüsü ilə vətənin azadlığı uşğrunda canlarınan keçmiş şəhidlərimizin anım gününə həsr olunmuş (Qanlı Yanvar) tədbir keçirilmişdir. Tədbirdə 2 saylı uşaq bağçasının müdiri Aida Səfərova , Psixologiya kafedrasının müdiri dos. Zümrüd Cavadova və kafedranın bir qrup əməkdaşları yaxından iştirak etmişlər.
Tədbirin əsas məqsədi bağça yaşlı uşaqlarda vətənə, torpağa məhəbbət, düşmənə nifrət hissinin aşılanması idi.
Uşaqların tədbirdəki çıxışları, şəhidlərin məzarlarının üzərinə qərənfil güllərini düzməsi şəhidlərə olan ehtiramın, vətənə olan məhəbbəti bir daha tərənnümü idi.