28.11.2017-ci ildə Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının əməkdaşları, mağistrlər və Pedaqoji fakültənin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının I kurs tələbələrinin iştirakı ilə Gəncə şəhər 2 saylı uşaq bağçasında “Müəllim və tərbiyəçilərin psixoloji maarifləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda əsasən aşağıdakı problemlərə diqqət yetirilmişdir: Uşaqlar üçün inkişafetdirici proqramın hazırlanması və onlardan istifadə; psixi pozğunluqların simptomatikası və inkişafda geridəqalma məsələləri; uşaqların xüsusi qabiliyyətlərinin üzə çıxarılması və s. məsələlər təhlil olunmuşdur.