PSIXOLOGIYA KAFEDRASI ƏMƏKDAŞLARININ UĞURLARI

 

25 noyabr 2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan universitetində keçirilən “Gender problemi və müasir Azərbaycan”, Respublika elmi konfransında psixologiya kafedrasının müdüri dos.Z.Cavadova və kafedranın baş müəllimi A.Babayeva iştirak etmişdir. “Gender probleminin Psixoloji aspektləri: Psixologiyada cins kateqoriyaları” mövzusunda dos.Z.Cavadova “Gender və mədəniyyət” mövzusunda  baş müəllim A.Babayeva məruzə ilə çıxış etmişlər. Böyük maraq doğuran mövzular iştirakçılar tərəfindən bəyənildi. Müəllimlər sertifkatlarla təltif olundular. Qeyd etməliyik ki, kafedranın baş müəllimi A.Babayevanın oktyabr  ayında  “Mirovaya nauka” Beynəlxalq jurnalın 11 nömrəsində “Razvitie psixoloqiçeskix idey v xudojestvenno – literaturnom tvorçestve poeta Nizami Qyandjavi” mövzusunda çapa getmiş məqaləsi də Diplomla təltif edilmişdir.