Açıq dərs – müəllim Aytən Əfəndiyeva

31.10.2017-ci il tarixdə fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda müəllim Aytən Əfəndiyevanın “İngilis dili” fənnindən “Keçmiş zamanın qeyri- müəyyən forması, qaydalı və qaydasız fellər. illərin, əsrlərin zamanla ifadəli oxunuşu” mövzusunda açıq dərsi keçirildi. Müəllim mövzunun məzmununu slaydlar üzrə şərh edərək dərsdə öz məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekan müavini İ.Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov iştirak edirdi. Dərs geniş müzakirə edildi və “əla” qiymətləndirildi.