30.10.2017-ci il tarixdə fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda baş müəllim Aynur Şükürovanın “Uşaq anatomiyası” fənnindən “XX əsrin ilk iki onilliyində Azərbaycan uşaq ədəbiyyatı(1901-1920-ci illər) M.Ə. Sabir, S.M. Qənizadə” mövzusunda açıq dərsi keçirildi. Müəllim mövzunun məzmununu slaydlar üzrə şərh edərək dərsdə öz məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekan müavini İ.Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov iştirak edirdi. Dərs geniş müzakirə edildi və “əla” qiymətləndirildi.