GƏNCƏ HUMANİTAR REGİONAL KOLLECİNDƏ SINAQ DƏRS

11 aprel 2017- ci ildə Gəncə Humanitar Regional Kollecində Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Tamirazova Narın Mübariz qızının “ Məktəbəqədər yaş dövründə uşaqların fiziki və sensor inkişafı” mövzusunda Kollecin Məktəbəqədər təlim tərbiyə ixtisasının II kurs 235 “ A “2 qrupunda sınaq dərsi dinlənildi .

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşları dosentlər Məmmədov Mahir və Qarayev Cabbar, Psixologiya kafedrasının müdiri dosent Cavadova Zümrüd, kafedrada olan  təcrübə rəhbəri baş müəllim Həsənova Leyla və kollecdə təcrübədə olan qrupların tələbələri.

Dərs dinlənildikdən sonra,  təcrübəçi tələbə  Tamirazova N.M. təqdim etdiyi tədris məlumatları Gəncə Dövlət Universiteti tərəfindən iştirak edən müəllimlər tərəfindən tələbənin dərsdə baş verən nöqsanları, çatışmazlıqları qeyd olundu. Ümumiyyətlə, tələbə Tamirazova N.M. dərsini yaxşı səviyyədə apardı və dinləyicilər  tərəfindən  əla qiymətləndirildi.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Gəncə Regional Kollecində bizim universitetin tələbələri üçün yaxşı şərait yaradılıb, kollecin direktoru dosent Zeynalov Fəxrəddin Kamil oğlu tərəfindən onlara daim diqqət və qayğı göstərilir, Gəncə Dövlət Universiteti ilə Gəncə Regional Kollec arasında əməkdaşlıq münasibəti yüksək səviyyədə davam etdirilir.