07.04.2017-ci il tarixda GDU-nun Pedaqoji fakültəsində TGT-nin təşkilatçılığı ilə “Bakı 2017 İslam Həmrəyliyi oyunları” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dosş B. Apoyev açdı. Dos. B. Apoyev “Bakı 2017 İslam Həmrəyliyi oyunları” haqda tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra çıxış üçün söz Tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini İ. Haqverdiyevə verildi. İ. Haqverdiyev ölkəmizdə idmana göstərilən qayğı və diqqətdən danışdı. GDU.da fəaliyyət göstərən İdman klubunun rəhbəri Umudov Xəqani də çıxışçılar arasında yer almışdır. Klub rəhbəri universitetdə təhsil alan tələbələrin idman uğurlarını, beynəlxalq yarışlarda iştirakını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonda söz tələbə gənclərə verildi.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.
Bakı-2017-nin 4 əsas dəyəri
Birlik – Bir bir komanda kimi bir səs olaraq işləyirik, bizi ayıran sərhədləri aşırıq və bizi birləşdirən dəyərləri gücləndiririk.
Sülh – Biz harmoniya və sülh naminə bir-birimiz başa düşüb və qiymətləndiririk.
Hörmət – Biz hər kəsə hörmətlə yanaşırıq və multikulturalizm dəyərlərini, adət-ənənələri, dini, tarixi abidələrimizi qoruyuruq.
Mükəmməllik – Biz hər gördüyümüz işin mükəmməl olması üçün çalışırıq.
Bizim şüarımız – Gücümüz həmrəylikdədir!