06.04.2017-ci il tarixdə fakültənin “İbtidai sinif müəllimliyi” ixtisasının I kursunda “Anatomiya, fiziologiya və gigiyena” kafedrasının baş müəllimi Heydərli Lalə “Uşaq anatomiyası fiziologiyası və gigiyenası” fənni üzrə “Dayaq-hərəkət sistemi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini İlqar Haqverdiyev, rektorluğun nümayəndəsi dos.Cəfər İbrahimov, “Anatomiya, fiziologiya və gigiyena” kafedrasının əməkdaşları iştirak etmişdir. Müxtəlif təlim üsullarından istifadə edən müəllim tələbələrin dərsdə fəallığını təmin edərək məqsədinə nail ola bildi.