06.04.2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının təşəbbüsü ilə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəb ilə bağlanmış əməkdaşlıq müqaviləsinin fəliyyət planına uyğun olaraq həmin məktəbdə “Şəxsiyyətin formalaşmasına təsir edən amillər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ciddi maraq yaratmış elmi-praktik konfransda Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova “Ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin formalaşmasına təsiri”, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Cəfər İbrahimov “Məktəbdə mənəvi-psixoloji iqlimin optimallaşdırılması yolları” ,kafedranın baş müəllimi İlham Məmmədov “Çətin tərbiyə olunan uşaqların psixoloji xüsusiyyətləti”, kafedranın baş müəllimi Alvina Babayeva “Kiçik məktəblilərdə məktəb dezataptasiyasını yaradan səbəblər və onların korreksiyası yolları”, kafedranın baş müəllimi Telli Cabbarova “Kiçik məktəblilərdə şəxsiyyətin formalaşmasına təsir edən amillər” adlı məruzələrlə çıxış etmişlər.