27.03.2017-ci il tarixdə Fiziki tərbiyə və çağrışaqədər hazırlıq ixtisasının 3-cü kursunda Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Mustafayeva Xəyalə Namiq qızının Təhsilin əsasları fənnindən “Strategiya ilə oxu haqqında ümumi məlumat” mövzusunda açıq dərsi keçirildi.Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun nümayəndəsi dos.C.İbrahimov, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos.A.Quliyev və kafedranın bir neçə əməkdaşı iştirak edirdi. Dərsi yeni təlim texnologiyalarından və interaktiv təlim üsullarından bacarıqla istifadə etməkle təşkil edən müəllim məqsədə nail ola bildi.Dərs “yaxşı” qiymətləndirildi.