Novruz bayramı

17.03.2017-ci il tarixdə universitetin böyük Akt zalında fakültə YAP gb.nin təşkilatçılığı, GDU YAP gb.nin dəstəyi ilə “Novruz” bayramı münasibətilə tədbir keçirilmişdir . Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent B.Apoyev tədbir iştirakçılarını ve fakültənin bütün müəllim -tələbə kollektivini bayram münasibətilə təbrik etmişdir, tədbirdə iştirak edən Humanitar məsələlər üzrə prorektor dosent G.Fətəliyeva da fakültə kollektivini rektorluq adından təbrik etmişdir. Fakültə tələbələrinin hazırladıqları konsert ve səhnəciklər iştirakçıların böyük marağına ve sevincinə səbəb olmuşdur. Tədbirdə fakültənin təhsildə və içtimai işlərdə fərqlənən bir qrup tələbəsi ” Fəxri Fərman”la təltif edildi.