Açıq dərs- b/m. Leyla Həsənova

07.11.2016-cı il tarixdə Psixologiya kafedrasının baş müəllimi Leyla Həsənovanın “Fizika və texniki fənnlər” fakültəsinin I kurs “Təsviri incəsənət və Texnologiya müəllimliyi” ixtisaslarında  “Xarakter psixologiyası” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsin dinlənilməsində Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, dosent Zülalə Aslanova, Monitorinq qrupundan dosent Cəfər İbrahimov, “Ümumi texniki fənlər” kafedrasının müdiri dosent Elçin Cavadov, baş müəllim Arzu Bağırzadə həmçinin kafedranın digər üzvləri, eyni zamanda Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət müəllimliyi, Texnologiya müəllimliyi ixtisaslarının tələbələri iştirak etmişlər. Dərsdə müəllim müasir təlim metodlarında istifadə etdi. Yekun olaraq dərs müsbət qiymətləndirildi.